...

Futbolçu qızlarımız yenə məğlub oldular

İdman Materials 15 Sentyabr 2014 20:58 (UTC +04:00)
Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Danimarka ilə qarşılaşıb.
Futbolçu qızlarımız yenə məğlub oldular

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Danimarka ilə qarşılaşıb.

Trend-in məlumatına görə, Bayıl stadionunda keçirilən oyun rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz ilk oyununda Ukrayna yığmasına da məğlub olmuşdu - 0:1.

Qızlarımız növbəti oyunu sentyabrın 18-də Kipr komandasına qarşı keçirəcəklər.

Qeyd edək ki, 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunun oyunları Bakıda keçirilir.

Xəbər lenti

Xəbər lenti