Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək İtaliya - Azərbaycan oyununun hakimləri təyin olunub.
Trend-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İtaliyanın Palermo şəhərində keçiriləcək matçı türkiyəli hakimlər idarə edəcəklər.
Matçın baş hakimi Hüseyin Göçek, onun köməkçiləri Mustafa Eyisoy və Orkun Aktaş, dördüncü referi isə Serkan Ok olacaq.