Azərbaycan, Bakı, 27 noyabr /Trend/
Robert Prosineçki Bakıda idman infrastrukturu ilə tanış olub.
Trend AFFA-ya istinadən məlumat verir ki, Azərbaycan milli komandasının baş məşqçisi postuna namizəd olan R.Prosineçki "Bakcell Arena" və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarına baş çəkib və bu arenalardakı infrastrukturla tanış olub.