...

Ən yaxşı bombardir də Ronaldodur

İdman Materials 15 Yanvar 2015 15:44 (UTC +04:00)
Kriştiano Ronaldo 2014-cü ilin ən yaxşı bombardiri seçilib.
Ən yaxşı bombardir də Ronaldodur

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) versiyasına görə, Kriştiano Ronaldo 2014-cü ilin ən yaxşı bombardiri seçilib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, səslər hesablanarkən beynəlxalq arenada klub və milli səviyyədə vurulmuş qollar nəzərə alınıb.

Onun aktivində 20 qol var. Portuqaliyalı futbolçu 2013-cü ildə 25 qolla bu ada layiq görülmüşdü. Sonrakı yerləri Neymar (19 qol) və Lionel Messi (18 qol) tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti