...

Güləşçilərimiz AGF Kubokunda 53 medal qazanıblar (FOTO)

İdman Materials 20 Aprel 2015 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/

Azərbaycan güləşçləri AGF Kuboku turnirində 16 qızıl, 14 gümüş və 23 bürünc medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Ötən ilki yarışlardan fərqli olaraq bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyırdı.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak ediblər. Ümumilikdə, 13 ölkədən 500-ə yaxın idmançının mübarizə apardığı yarışda güləşçilərimizin çıxışını uğurlu hesab etmək olar. Belə ki, 4 gün davam edən yarışı yığma komandamızın üzvləri 16 qızıl, 14 gümüş və 23 bürünc olmaqla ümumilikdə 53 medalla başa vurdu.

Yeniyetmə yunan-Roma güləşçilərimiz 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq ilk yarış gününə damğa vurdular. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri ikinci yarış günündə mübarizəyə qoşuldurlar və günü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdular. Yarışın son iki günündə mübarizəyə qoşulan sərbəst güləşçilərin qazandığı 24 medaldan, 4 qızıl, 3 gümüş və 8 bürüncü yeniyetmələrin, 5 qızıl, 1 gümüş və 3 bürünc medal isə gənclərin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti