Azərbaycan, Bakı, 10 iyul /Trend/
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" səfərdə Monteneqronun "Mladost" klubu ilə qarşılaşıb.
Trend-in məlumatına görə, Bakıda keçirilən ilk oyun 2:2 hesabı ilə bərabərə qaldığından təmsilçimizi qələbə və ya daha məhsuldar heç-heçə qane edirdi.
Meydan sahiblərindən xeyli üstün, baxımlı və əzmkar oyun nümayiş etdirən futbolçularımız məqsədlərinə 71-ci dəqiqədə çatıblar - "Neftçi"nin kapitanı Araz Abdullayev hesabı açıb. 85-ci dəqiqədə Nicat Qurbanovun qoluna dirək mane olub.
"Neftçi" əldən verdiyi çoxsaylı qol epizodlarından yararlanmamaqla özünü cəzalandırıb. Əsas vaxta artırılan dəqiqələrdə monteneqro futbolçuları bərabərliyi təmin ediblər - 1:1.
Beləliklə, "Neftçi" elə ilk mərhələdəcə mübarizəni dayandırıb.