Azərbaycan, Bakı, 20 iyul /Trend/
19 yaşlılardan ibarət ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının bombardiri müəyyənləşib.
Trend-in məlumatına görə, bu, turnirin gümüş mükafatçısı Rusiya millisinin azərbaycanlı futbolçusu Ramil Şeydayevdir.
"Zenit"in hücumçu qitə çempionatında vurduğu 12 qolla bombardir olub. Hərəyə 7 qolla Marko Kvaşina (Avstriya) və Borxa Mayoral (İspania) 2-3-cü pillələri bölüşdürüblər.
Qeyd edək ki, Rusiya millisi finalda İspaniyaya 0:2 hesabı ilə uduzub.