...

"Qəbələ"nin oyunlarının vaxtı dəyişdirildi

İdman Materials 21 Sentyabr 2015 19:11 (UTC +04:00)
Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib.
"Qəbələ"nin oyunlarının vaxtı dəyişdirildi

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib.

Trend PFL-in saytına istinadən məlumat verir ki, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan Peşəkar Futbol Liqası "Qəbələ"nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib.

Premyer Liqanın VI turunun "Rəvan" - "Qəbələ" matçı 27 sentyabr 2015-ci il tarixindən 25 sentyabr 2015-ci il tarixinə keçirilib. VII turun "Qəbələ" - "Xəzər Lənkəran" matçı isə 3 oktyabr 2015-ci il tarixindən 4 oktyabr 2015-ci il tarixinə dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti