...

"Neftçi" ən zəif komandaya da uduzdu

İdman Materials 8 Noyabr 2015 20:09 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir
"Neftçi" ən zəif komandaya da uduzdu

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir.

Trend-in məlumatına görə, "Neftçi" çempionatın autsayderi "Rəvan"ı qəbul edib. İlk qol meydan sahiblərindən gəlsə də, qonaqlar 19 dəqiqə ərzində 3 ardıcıl qol (47, 50, 66') vurmaqla oyunun taleyini dəyişiblər.

Sonuncu dəqiqədə Ruslan Qurbanovun dublu "Neftçi"nin təsəlli qolundan başqa bir şey olmayıb - 2:3. Bu, "Rəvan"ın cari mövsümdə ilk qələbəsidir.

12 oyundan sonra "Neftçi" 13 xalla 6-cı, "Rəvan" isə 5 xalla sonuncu - 10-cu pillədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti