Bakı. Trend:
Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək.
Trend-in məlumatına görə, millimiz Serbiyanın Belqrad şəhərindəki "Belqrad Arena"da İtaliya yığması ilə qarşılaşacaq.
Mark Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna) və Kamil Çetindən (Türkiyə) ibarət hakimlər briqadasının idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.