...

Millimiz tarix yazmağa çox yaxındır

İdman Materials 23 Mart 2016 00:36 (UTC +04:00)
Azərbaycan milli komandası futzal üzrə dünya çempionatının seçmə mərhələsinin "play-off" raundunda ilk oyununu keçirib.
Millimiz tarix yazmağa çox yaxındır

Bakı. Trend:

Azərbaycan milli komandası futzal üzrə dünya çempionatının seçmə mərhələsinin "play-off" raundunda ilk oyununu keçirib.

Trend-in məlumatına görə, millimiz Almere şəhərindəki "Topsportcentrum" idman kompleksində Niderland yığması ilə qarşılaşıb.

Oyunda futzalçılarımız rəqib qapısından 5 top keçiriblər - 5:1. Beləliklə, millimiz tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanmağa olduqca yaxındır.

Qeyd edək ki, cavab görüşü aprelin 12-də Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti