...

Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkü atılıb

İdman Materials 11 May 2016 07:48 (UTC +04:00)
Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib
Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkü atılıb

Bakı. Trend:

Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, püşkatma mərasimi ötən həftə Türkiyənin İstanbul şəhərində Rio Olimpiadasına II Dünya təsnifat turniri zamanı keçirilən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında baş tutub.

Yunan-Roma güləşi

Sərbəst güləş

A qrupu

Rusiya
Belarus
Almaniya
Qazaxstan

Rusiya
Gürcüstan
Türkiyə
Monqolustan

B qrupu

İran
Azərbaycan
Türkiyə
Ukrayna

İran
Azərbaycan
Hindistan
ABŞ

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları mayın 19-20-də İran İslam Respublikasının Şiraz şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, iyunun 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşi üzrə yığma komandamız tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub, sərbəst güləşçilərimiz isə yarışları 3-cü yerdə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti