...

Üzgüçülük üzrə millimizin 2 idmançısı Londonda Avropa cempionatinda güclərini sınayacaqlar

İdman Materials 16 May 2016 18:07 (UTC +04:00)
Azərbaycanın üzgüçülük üzrə milli yığma komandasının 2 idmançısı Maksim Şembirev və Boris Kirilov bu gün mayın 16-da London şəhərində Su idman növləri üzrə Avropa cempionatinda güclərini sınayacaqlar.
Üzgüçülük üzrə millimizin 2 idmançısı Londonda Avropa cempionatinda güclərini sınayacaqlar

Bakı. Trend:

Azərbaycanın üzgüçülük üzrə milli yığma komandasının 2 idmançısı Maksim Şembirev və Boris Kirilov bu gün mayın 16-da London şəhərində Su idman növləri üzrə Avropa cempionatinda güclərini sınayacaqlar.

Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov Trend-ə deyib. Onun sözlərinə görə bu mötəbər yarışda Boris Kirillov 50,100,200 metr arxası üstə və artiq Berlin ve Dubay şəhərlərində kecirilən beynəlxalq lisenziya turnirlərinin qalibi, Azərbaycanin tarixində ilk dəfə (B) lisenziyası qazanmış Maksim Şembiryev isə 200 metr batterflay, 200 m brass , 1500 m sərbəst üsul, 400 m kompleks üsulunda öz qüvvələrini sınayacaqlar.

Məqsəd Rəhimov onu da əlavə edib ki, üzgüçümüz Boris Kirilovun bu ilin aprel ayında Belarusun Brest şəhərində keçirilən lisenziya turnirində (B) lisenziya normativinin yerinə yetirilməsinə cəmi 00.00.14 saniyəsi çatmamışdı.

Bu yarışda Maksim Şembirevə dünya reytinqində ilk 16 - ga düşmə şansını verə biləcək (A) lisenziya normativini doldurmaq tapşirıgı verilib. Bunu etmeklə üzgüçümüz Rio 2016 Olimpiya Oyunlarinda avtomatik olaraq dunyanin 1- nomreli idmancilari ilə bir yerde üzmə şansı qazana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti