...

Azərbaycanın ikinci şahmat komandası Bakıda hazırlığa başladı

İdman Materials 10 İyun 2016 12:58 (UTC +04:00)
Paytaxtdakı ilk hazırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir.
Azərbaycanın ikinci şahmat komandası Bakıda hazırlığa başladı

Trend-i buradan izləyin

Bakı. Trend:

42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası Bakıda təlim-məşq toplanışına başlayıb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırlığın ilk mərhələsinə altı şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub. Təlim-məşq başa çatandan sonra olimpiadada ikinci komandanın şərəfini qoruyacaq beş şahmatçının adı məlum olacaq.

Paytaxtdakı ilk hazırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir.

Azərbaycan təşkilatçı ölkə kimi 42-ci Ümumdünya Şahmat Olimpiadasında 3 kişi və 3 qadın komandası ilə təmsil olunacaq. Kişi şahmatçılardan ibarət əsas milli mötəbər yarışa Qəbələdə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti