...

Stolüstü tennis üzrə respublika birinciliyinə start verildi (FOTO)

İdman Materials 10 İyun 2016 17:36 (UTC +04:00)
İyunun 10-da “Şüa” İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyinə start verilib.
Stolüstü tennis üzrə respublika birinciliyinə start verildi (FOTO)

Bakı. Trend:

İyunun 10-da "Şüa" İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyinə start verilib.

Federasiyadan Trend-ə daxil olan məlumata görə, 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızların iştirak etdiyi yarışda Bakı, Sumqayıt və Gəncə şəhərlərindən, Şəki, Şabran, Şirvan, Salyan, Gədəbəy, Qax, Samux rayonlarından 100-ə yaxın idmançı iştirak edir.

Turnirin açılışında çıxış edən Federasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını bildirib.

Nazirliyin nümayəndəsi Nicat Həsənov yarışın yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsində, sağlam həyat tərzinin və idmanın kütləviliyinin təbliğində əhəmiyyətini diqqətə çatdırıb.

Yarışlara iyunun 11-də yekun vurulacaq və qaliblər Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti