...

KİV nümayəndələrinin çimərlik voleybolu yarışının qalibləri məlum oldu (FOTO)

İdman Materials 22 İyul 2016 19:58 (UTC +04:00)
22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş KİV nümayəndələrinin çimərlik voleybolu yarışı keçirilib
KİV nümayəndələrinin çimərlik voleybolu yarışının qalibləri məlum oldu (FOTO)

Bakı. Trend:

Azərbaycan Çimərlik Voleybolu Assosiasiyası, Milli Mətbuat Şurası, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası və "Sportsman" jurnalının təşkilatçılığı ilə Azərbaycan Çimərlik Voleybolu Assosiasiyasının Pirşağı qəsəbəsi "Həyat" İstirahət Mərkəzində yerləşən bazasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş KİV nümayəndələrinin çimərlik voleybolu yarışı keçirilib.

Trend-in məlumatına görə, yarışın qalibləri - I yer – Pərvin Abıyeva və Səlim Abbasov (Xeber-24.az), II yer – Aytən Qulamova və Murad Hüseynov ( MİR TV ), III yer – Aynur Həmidova və Vüqar Bəxtiyar ( AİJA ) olub.

Qaliblərə tədbirin sponsorlarının hədiyyələrini Milli Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, AİJA prezidenti Eldar İsmayılov və "Sportsman" jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu təqdim edib.

Turnir estrada ulduzlarının çıxışları ilə yekunlaşıb.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti