...

Kanadalı gimnast: Milli Gimnastika Arenası yüksək səviyyədə inşa olunub

İdman Materials 23 İyul 2016 15:41 (UTC +04:00)
Bakıdakı Milli Gimnastika Arenası yüksək səviyyədə inşa olunub.
Kanadalı gimnast: Milli Gimnastika Arenası yüksək səviyyədə inşa olunub

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıdakı Milli Gimnastika Arenası yüksək səviyyədə təşkil inşa olunub.

Bunu Trend-ə kanadalı gimnast Patrisiya Bezzubenko deyib.

O bildirib: "Çıxışımdan çox razıyam, çox böyük zövq alıram. Bu zal ən yüksək səviyyədə inşa olunub".

Gimnastın sözlərinə görə, əldə etdiyi nəticələr yaxşıdır: "Ümumilikdə nəticəmdən razıyam. Rio Olimpiadasına ehtiyat gimnast qismində düşmüşəm. Lakin ümidimi itirmirəm və məşq etməyə davam edirəm".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti