...

"Qəbələ" yenə uduzdu (FOTO)

İdman Materials 29 Sentyabr 2016 20:51 (UTC +04:00)
"Qəbələ" Bakıda Almaniyanın "Mayns" klubunu qəbul edib.
"Qəbələ" yenə uduzdu (FOTO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qəbələ" Bakıda Almaniyanın "Mayns" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyuna qonaqlar fəal başlayıblar - 41-ci dəqiqədə Muto fərqlənib.

İkinci hissə daha məhsuldar keçib. Əvvəlcə 57-ci dəqiqədə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib. 5 dəqiqə sonra Sergey Zenyev "Qəbələ"ni önə keçirib. Lakin 68-ci dəqiqədə Con Kordoba hesaba tarazlıq gətirib.

"Mayns"ın baş məşqçisi: "Qəbələ" güclü rəqibdir (MÜSAHİBƏ) (ÖZƏL)

"Mayns"ın baş məşqçisi: "Qəbələ" güclü rəqibdir (MÜSAHİBƏ) (ÖZƏL)

Matçda son nöqtəni də qonaqlar qoyub. 78-ci dəqiqədə Öztunali Levin "Qəbələ"ni məyus edib - 2:3.

Qeyd edək ki, "Qəbələ" ilk oyununda səfərdə Belçikanın "Anderlext" klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti