...

Qol.az saytının 8 yaşı tamam olur

İdman Materials 17 Noyabr 2016 11:22 (UTC +04:00)
Bu gün Qol.Az saytının fəaliyyətə başlamasından səkkiz il ötür.
Qol.az saytının 8 yaşı tamam olur

Bakı. Trend:

Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 8 il ötür.

Trend-in məlumatına görə, 2008-ci ilin bu günü - noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son üç il ərzində Qol.az Azərbaycanın ən çox oxunan idman portalıdır. Gün ərzində on minlərlə oxucu idman, xüsusilə futbol xəbərləri əldə etmək üçün məhz Qol.az-ı seçir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan az Qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti