...

IV İslam Həmrəyliyi Oyunlarında 24 güləşçimiz yarışacaq - HEYƏT

İdman Materials 14 May 2017 17:07 (UTC +04:00)
Güləş yarışları 17-21 may tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.
IV İslam Həmrəyliyi Oyunlarında 24 güləşçimiz yarışacaq - HEYƏT

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları 17-21 may tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

Trend-in Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımız mübarizə aparacaq.

Yarışların ilk dörd günündə sərbəst və yunan-Roma güləşçiləri güclərini sınayacaqlar.

Sərbəst güləş yarışlarında yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) ölkəmizi təmsil edəcək.

Yunan-Roma güləşi yarışlarında yığma komandanın baş məşqçisi Şaban Donat, böyük məşqçi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.

Yarışların son günündə isə qadın güləşçilər mübarizəyə qoşulacaq.

Baş məşqçi Semyon Çterev, böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızın 8 üzvü yarışlarda iştirak edəcək. Heyətdə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyeva (75 kq) yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti