...

"Beauty of the World Azerbaijan" gözəllik yarışmasının təqdimetmə mərasimi (FOTO)

İdman Materials 12 Oktyabr 2017 20:52 (UTC +04:00)
Dünya Gözəllik Konqresinin təşkilatçılığı ilə "Beauty of the World Azerbaijan" gözəllik yarışmasının təqdimetmə mərasimi "Dremland Golf Club"da baş tutub.
"Beauty of the World Azerbaijan" gözəllik yarışmasının təqdimetmə mərasimi (FOTO)

Bakı. Trend:

Dünya Gözəllik Konqresinin təşkilatçılığı ilə "Beauty of the World Azerbaijan" gözəllik yarışmasının təqdimetmə mərasimi "Dremland Golf Club"da baş tutub.

Tədbirdə ölkəmizin bölgələrini təmsil edən iştirakçı xanımlar mətbuata təqdim olunub. İştrakçılar özləri və təmsil etdikləri bölgələr barədə ətraflı məlumat veriblər. Qeyd edək ki, tədbirdə jurnalistlərlə yanaşı, ölkəmizin tanınmış insanları iştirak ediblər. Finala vəsiqə qazanmış 20 xanım iştirakçıdan yalnız biri Azərbaycanı "Beauty of the World" yarışında təmsil edəcək.

Yarışın rəhbəri Nərmin Səfərova bildirib ki, iştirakçıları və ictimaiyyəti 3 ay müddətində maraqlı bir yarış gözləyir. Bu yarış digər müsabiqələrdən çox fərqlənəcək və dünya standartlarına uyğun təşkil olunacaq.

Qeyd edək ki, yarışın Dünya Gözəllik Konqresinin rəhbəri Zamir Hüseynov, prodüsseri Tural Gandır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti