Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib (FOTO)

İdman Xəbər 12 Mart 2018 19:29 (UTC +04:00)

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, gənclər və yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyi şəxsi və komanda xarakteri daşıyır.

Çempionatda ölkənin müxtəlif bölgələrindən 13 qız və 12 oğlan komandası olmaqla 100-dən çox idmançı iştirak edir.

Yarışlar martın 16-dək davam edəcək, qalib idmançılara və onların məşqçilərinə diplom və mükafatlar təqdim olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti