...

Bakıda FIA Formula 2-də sərbəst yürüşlər başa çatdı (YENİLƏNİB) (FOTO)

İdman Materials 27 Aprel 2018 12:08 (UTC +04:00)
Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası başa çatıb.
Bakıda FIA Formula 2-də sərbəst yürüşlər başa çatdı (YENİLƏNİB) (FOTO)

İlk xəbər saat 11:00-da yayılıb

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası başa çatıb.

Trend-in məlumatına görə, sərbəst yürüşlərdə 10 komandanı təmsil edən 20 pilot iştirak edib.

Xatırladaq ki, ötən il Bakıda Formula 2 turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Çarles Lekrerk, ikinci yarışında isə “BWT Arden” komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

Qeyd edək ki, bu gün Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayır.

Trasda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti