...

Libertadores Kubokunun final matçının cavab oyunu yenidən təxirə salına bilər

İdman Materials 25 Noyabr 2018 14:59 (UTC +04:00)
Libertadores Kubokunda "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçirilməli olan finalın cavab görüşü iki dəfə təxirə salınıb.
Libertadores Kubokunun final matçının cavab oyunu yenidən təxirə salına bilər

Libertadores Kubokunda "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçirilməli olan finalın cavab görüşü iki dəfə təxirə salınıb.

Trend-in məlumatına görə, qarşılaşma bazar gününə keçən gecə saat 24:00-da başlamalı idi.

Lakin azarkeşlərin "Boka Xuniors" futbolçularının olduğu avtobusa hücumu ilə əlaqədar start fitinin səsləndirilməsini əvvəlcə 1 saat, sonra isə daha 15 dəqiqə ertələmək lazım gəlib.

Hadisə zamanı polis gözyaşardıcı qazdan yararlanaraq, fanatları sakitləşdirməyə cəhd edib. Lakin bundan "Boka"nın futbolçuları Pablo Peres, Leonardo Xara, Mauro Sarate, Karlos Teves və Auqustin Almendru da zərər çəkiblər. Klub nümayəndələri onların görüşdə iştirak edəcək durumda olmadıqlarını bildiriblər.

Yekunda isə qarşılaşmanın bir sutka sonra təşkilinə qərar verilib. Bu gün Buenos-Ayresdəki "Monumental" stadionunda keçiriləcək görüş saat 24:00-da başlanacaq. Azarkeşlər oyuna buraxılacaq.

İki komanda arasında noyabrın 11-də "Alberto Armando" stadionunda keçirilmiş ilk matçda qalib müəyyənləşməyib - 2:2.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti