...

Vitali Kliçko UEFA Uşaq Fondunun yeni üzvü seçilib (FOTO)

İdman Materials 30 Noyabr 2018 12:47 (UTC +04:00)
Vitali Kliçko UEFA Uşaq Fondunun yeni üzvü seçilib.
Vitali Kliçko UEFA Uşaq Fondunun yeni üzvü seçilib (FOTO)

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinin növbəti iclası keçirilib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, fondun idarə heyətinin üzvü Elxan Məmmədovun iştirak etdiyi iclasda dünya idmanının tanınmış simalarından biri, boks idman növündə çoxsaylı uğurlara imza atmış Vitali Kliçko UEFA Uşaq Fondunun yeni üzvü seçilib.

Xatırladaq ki, AFFA-nın 2017-ci ildə irəlü sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə UEFA Uşaq Fondu tərəfindən təsdiq olunmuş, layihə əsasında fondun maliyyə dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inşa edilmiş süni örtüklü meydançada uşaqlar arasında turnir keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti