...

Moldova yığmasının üzvü "Neftçi"də

İdman Materials 15 Fevral 2019 16:07 (UTC +04:00)
"Neftçi" daha bir transfer həyata keçirib.
Moldova yığmasının üzvü "Neftçi"də

Bakı. Trend:

"Neftçi" PFK daha bir transfer həyata keçirib.

Trend klubun saytına istinadən məlumat verir ki, moldovalı futbolçu Petru Raku ilə mövsümün sonunadək müqavilə bağlanıb.

31 yaşlı müdafiəçi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu "Şerif” (2017-2018) olan P.Raku Moldovanın "Zimbru” (2005-2007), "Veris” (2013-2014), "Milsami” (2015-2017), İsveçin "Norrçöpinq” (2007-2011), Finlandiyanın "MüPa-47” (2008) və Danimarkanın "Hyörrinq” (2012) klublarında da çıxış edib. O, Moldova milli komandasının heyətində 47 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti