...

Azərbaycan Premyer Liqasında ən yaxşı futbolçunun adı açıqlanıb

İdman Materials 8 Mart 2019 15:18 (UTC +04:00)
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun ən yaxşı futbolçusunun adı açıqlanıb.
Azərbaycan Premyer Liqasında ən yaxşı futbolçunun adı açıqlanıb

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun ən yaxşı futbolçusunun adı açıqlanıb.

Peşəkar Futbol Liqasından Trend-ə verilən məlumata görə, “InStat”ın təhlilinə əsasən, “Neftçi”nin yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov turun ən yaxşı futbolçusu seçilib.

“Sabah” komandası ilə görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən, Emin Mahmudov turun ən yaxşı indeksə malik futbolçusudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti