...

Cənubi Koreya məşqçisi: Azərbaycanda bədii gimnastika uğurla inkişaf edir

İdman Materials 27 Aprel 2019 00:21 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kubokunda yaradılan şərait bizim çox xoşumuza gəlir
Cənubi Koreya məşqçisi: Azərbaycanda bədii gimnastika uğurla inkişaf edir

Bakı. Trend:

Bədii gimnastika üzrə Dünya Kubokunda yaradılan şərait bizim çox xoşumuza gəlir.

Bunu Trend-ə bədii gimnastika üzrə Cənubi Koreya milli komandasının baş məşqçisi Yevgeniya Gertsikova deyib.

O bildirib ki, Bakıda yarışlarda Cənubi Koreyanın iki idmançısı iştirak edir:

“Yarışlar hələ davam etdiyi üçün nəticələrlə bağlı şərh verməyəcəyəm. Bu il dünya çempionatı da Bakıda keçiriləcəyinə görə hedab edirəm ki, bütün güclü idmançılar burada iştirak edir. Ona görə də yarışın səviyyəsi çox yüksəkdir”.

Məşqçi əlavə edib ki, Azərbaycanda bədii gimnastika uğurla inkişaf edir və Azərbaycan gimnastları çox perspektivlidir.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti