...

Azərbaycan komandası aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında aero-dans proqramında finala çıxıb

İdman Materials 24 May 2019 13:11 (UTC +04:00)
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənclər arasında aero-dans proqramında Azərbaycan komandası finala çıxıb
Azərbaycan komandası aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında aero-dans proqramında finala çıxıb

Bakı. Cani Babayeva - Trend:

Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənclər arasında aero-dans proqramında Azərbaycan komandası finala çıxıb.

Trend-in məlumatına görə, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova, Eleonora Yusifovadan ibarət komanda 15.300 xal toplayıb.

Finala, həmçinin Rusiya (17.250 xal), Rumıniya (16.950 xal), Macarıstan (16.900 xal), İtaliya (16.650 xal), Almaniya (15.850 xal), Portuqaliya (15.800 xal) və İspaniya (15.500 xal) komandaları çıxıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

24-26 may tarixlərində keçirilən çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.

Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti