...

"Valensiya" İspaniya Kubokunun qalibi olub

İdman Materials 26 May 2019 03:24 (UTC +04:00)
Bu gün İspaniya Kubokunun final oyunu keçirilib
"Valensiya" İspaniya Kubokunun qalibi olub

Bakı. Trend:

Bu gün İspaniya Kubokunun final oyunu keçirilib.

Trend-in məlumatına görə, finalda "Valensiya" klubu ilə "Barselona" klubu qarşılaşıb. Oyun Sevilya şəhərində keçirilib.

Oyun "Valensiya" 2:1 hesabı ilə rəqibini məğlub edib və İspaniya Kubokunu qazanıb.

Oyunda qolları K.Qameyro (21-ci dəqiqə), Rodriqo (30-cu dəqiqə) və L.Messi (74-cü dəqiqə) vurublar.

Xəbər lenti

Xəbər lenti