...

Fransa çempionatının "Strasbur" - "PSJ" oyunu koronavirusa görə təxirə salınıb

İdman Materials 7 Mart 2020 03:19 (UTC +04:00)
Görüş martın 7-də baş tutmalı idi
Fransa çempionatının "Strasbur" - "PSJ" oyunu koronavirusa görə təxirə salınıb

Bakı. Trend:

Fransanın "Strasbur" və "Pari Sen-Jermen" komandaları arasında futbol üzrə ölkə çempionatının 28-ci turunun matçı yeni növ koronavirus infeksiyasının ölkədə yayılması ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə liqanın mətbuat xidməti xəbər yayıb.

Görüş martın 7-də baş tutmalı idi.

Turnir cədvəlində "PSJ" 68 xal toplayaraq birinci yeri tutur. "Strasbur" 38 xalla onuncu pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti