...

Futbol üzrə Almaniya çempionatında "Leypsiq" "Hoffenhayma" qalib gəldi

İdman Materials 13 İyun 2020 01:27 (UTC +04:00)
Futbol üzrə Almaniya çempionatında "Leypsiq" "Hoffenhayma" qalib gəldi

Bakı. Trend:

Futbol üzrə Almaniya çempionatının 31-ci turunda "Xoffenhaym" komandası "Leypsiq" klubunun futbolçularına 2:0 hesabı ilə məğlub olub.

Trend-in məlumatına görə, oyunda vurulan iki qolu rəqiblərin qapısından ispaniyalı yarımmüdafiəçi Dani Olmo keçirib (9 və 11-ci dəqiqə).

Alman birinciliyində "Leypsiq"in son dəfə məğlubiyyətə yanvarın 25-də "Ayntraxt" tərəfindən uğradılıb (0:2).

Turnir cədvəlində "Leypsiq" 62 xalla üçüncü yerdədir, "Hoffenhaym" aktivində 43 xalla yeddinci pillədədir. Növbəti turda "Leypsiq" iyunun 17-də "Fortuna", "Hoffenhaym" isə həmin gün "Auqsburq" ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti