...

"Yuventus" yayda Ronaldonu PSJ-nin futbolçusu Neymarla dəyişdirməyi planlaşdırır

İdman Materials 11 Noyabr 2020 07:33 (UTC +04:00)
"Yuventus" yayda Ronaldonu PSJ-nin futbolçusu Neymarla dəyişdirməyi planlaşdırır

Bakı. Trend:

İtaliyanın "Yuventus" futbol klubu yay transfer pəncərəsində hücumçu Kriştiano Ronaldonu Fransanın "Pari Sen-Jermen" komandasının hücumçusu Neymarla dəyişdirmək istəyir.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın "Tuttomercatoweb" portalı bildirib.

Hər iki futbolçunun müqavilələri 2022-ci ildə başa çatır. Mənbə bildirir ki, Turin klubu üçün argentinalı hücumçu Paulo Dybala ilə razılaşmanın uzadılması priotiret təşkil edir.

PSJ-nin idman direktoru Leonardo klubun mətbuat xidməti ilə söhbətində Ronaldonun transfer olacağını istisna etməyib və portuqaliyalı futbolçunun Turindən getmək istədiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti