...

"PSJ" ilə "Başakşəhər" matçı yeni hakimlər heyəti ilə 9 dekabrda oynanılacaq

İdman Materials 9 Dekabr 2020 04:31 (UTC +04:00)
"PSJ" ilə "Başakşəhər" matçı yeni hakimlər heyəti ilə 9 dekabrda oynanılacaq

Bakı. Trend:

İrqçi qalmaqal səbəbindən dayandırılan Fransanın "PSJ" ilə Türkiyənin "Başakşəhər" futbol komandaları arasında Çempionlar Liqası qrup mərhələsinin altıncı turunun oyunu yeni hakim heyəti tərəfindən oynanılacaq.

Trend-in məlumatına görə, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti bildirib.

Parisdəki görüş 14-cü dəqiqədə görüşün dördüncü hakimi Türkiyə komandasının baş məşqçisinin köməkçisi Pyer Veboya qarşı irqçi təhqirlərə görə "Başakşəhər"in futbolçuları və məşqçilərin meydanı tərk edəndən sonra dayandırılıb.

Oyuna Ovidiu Hatseqanın rəhbərlik etdiyi Rumıniya hakimlər briqadası nəzərət edirdi. Dördüncü hakim Sebastian Kolteskudur. Fransa komandasının oyunçuları matçı davam etdirməmək qərarını dəstəklədilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti