...

AFFA-nın vitse-prezidenti Bolqarıstan Futbol Federasiyasının I vitse- prezidenti ilə görüşüb

İdman Materials 17 Noyabr 2021 19:32 (UTC +04:00)
AFFA-nın vitse-prezidenti Bolqarıstan Futbol Federasiyasının I vitse- prezidenti ilə görüşüb

Bakı. Trend:

AFFA-nın vitse-prezidenti, Mili Məclisin deputatı Rauf Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Futbol Federasiyasının I vitse-prezidenti Mixail Kasabovla görüşüb.

Görüş zamanı iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandaların yoldaşlıq oyunlarının keçirilməsi barədə səmərəli müzakirələr aparılıb.

Eyni zamanda, görüş zamanı hər iki ölkədə ümumilikdə futbolun, o cümlədən uşaq futbolunun inkişafı sahəsində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti