...

FIFA Emiliano Martinezi 2022-ci ilin ən yaxşı qapıçısı seçib

İdman Materials 28 Fevral 2023 00:46 (UTC +04:00)
FIFA Emiliano Martinezi 2022-ci ilin ən yaxşı qapıçısı seçib

Bakı. Trend:

İngiltərənin “Aston Villa” futbol klubunda çıxış edən dünya çempionu argentinalı Emiliano Martinez Beynəlxalq Futbol Federasiyasına (FIFA) görə 2022-ci ilin ən yaxşı qapıçısı seçilib.

Trend-in məlumatına görə, mərasim bazar ertəsi Parisdə keçirilir.

Final üçlüyünə, həmçinin İspaniya “Real”ının belçikalı qapıçısı Tibo Kurtua və “Sevilya”nın mərakeşli qapıçısı Yasin Bunu da daxil olub. E.Martinez Argentina millisinin birinci yeri tutduğu DÇ-2022-nin ən yaxşı qapıçısı oldu.

Qadın futbolunda "Mançester Yunayted"in futbolçusu Meri Erps "İlin qadın qapıçısı" mükafatını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti