...

Kurban Berdıyev Rusiya klubu ilə yollarını ayırıb

İdman Materials 11 Aprel 2023 05:46 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın “Soçi” futbol klubu baş məşqçisi Kurban Berdıyevlə yollarını ayırıb.

Trend xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yetmiş bir yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılıb.

K.Berdıyev ötən ilin dekabrında “Soçi”yə baş məşqçi təyin olunmuşdu.

Qeyd edək ki, "Soçi" Premyer Liqada 22 turdan sonra 31 xalla doqquzuncu sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti