...

Hədəfim yaxşı nəticə əldə etməkdir - bədii gimnastika üzrə 28-ci Bakı çempionatının iştirakçısı

İdman Materials 5 Oktyabr 2023 18:20 (UTC +04:00)
Hədəfim yaxşı nəticə əldə etməkdir - bədii gimnastika üzrə 28-ci Bakı çempionatının iştirakçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatında hədəfim yaxşı nəticə əldə etməkdir.

Bu barədə cümə axşamı Trend-ə yarışların iştirakçısı, "Ocaq Sport" klubunun yetirməsi Fərəh Həsənova deyib.

"Yarışın ilk günü lentlə məşq və predmetsiz kompozisiya təqdim etdim. Çıxışım kifayət qədər yaxşı oldu, artıq sabahkı günə hazırlaşacağam. Yarışların ikinci günü gürzlə proqramda çıxış edəcəyəm və ümid edirəm ki, çıxışımı qüsursuz yerinə yetirəcəyəm", - deyə 8 yaşlı gimnast qeyd edib.

İdmançının sözlərinə görə, Bakı çempionatı yüksək səviyyədə keçib.

"Bakı Olimpiya İdman Kompleksində çıxış etmək xoşuma gəlir", - deyən Fərəh Həsənova həmçinin izləyicilərin dəstəyinin də onu çox ruhlandırdığını əlavə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə 28-ci Bakı çempionatı 5-7 oktyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilir.

Yarışlarda "Ocaq Sport" klubunun (Bakı və Hövsan), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbinin), Respublika Kompleks İdman Məktəbinin, "Grasiya" idman klubunun, Su İdmanı Sarayının, "Zirə" Mədəniyyət Mərkəzinin, "Zabrat" idman klubunun, "Şağan" Olimpiya İdman Kompleksinin təmsilçiləri çıxış edirlər.

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatı uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında idmançılar arasında keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti