...

"Mançester Yunayted"in keçmiş qapıçısına təkliflər var

İdman Materials 8 İyul 2024 22:58 (UTC +04:00)

Bakı. Trend:

"Mançester Yunayted"in keçmiş qapıçısı David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, "Əl-Şabab" və bir neçə klubla danışıqlar aparır.

Ötən mövsümün yayından sərbəst qalan 33 yaşlı ispaniyalı qolkiper hələ də özünə yeni komanda tapa bilməyib. De Xeanın ərəb ölkələrindən birinə getməsi ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, David karyerası ərzində "Atletiko" və "Mançester Yunyeted"də çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti