Bakı. Trend:
Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Aznur” komandası bu gün növbəti oyununu keçirəcək.
Komandanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə Azərbaycan təmsilçisi Ukraynanın “Andezit Xust” kollektivi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Aznur” ötən gün “Fransanın "Bayonna" komandasına 2:1 hesabı ilə qalib gəlib. Komanda Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında növbəti matçını da keçirib. Təmsilçimiz İsveçin "Qalport" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində V.Rəhimov (37) və R.Eyvazov (41) fərqləniblər.