...

Maksimum yaxşı nəticə əldə etməyə çalışacağıq - Qurban Qurbanov

İdman Materials 2 Oktyabr 2024 13:57 (UTC +04:00)
Maksimum yaxşı nəticə əldə etməyə çalışacağıq - Qurban Qurbanov

Bakı. Trend:

“Bu komandanın oyun tərzi fərqlidir və böyük təcrübəyə malikdir”.

Trend İdman.biz-ə istinadən xəbər xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa yolunda “Malmö” (İsveç) ilə oyun öncəsi mətbuat konfransında deyib.

O bildirib ki, sabah olduqca vacib oyuna çıxacaqlar:

“Öz meydançamızda, öz azarkeşlərimizin önündə oynayacağıq. Hazırlığımız pis keçmir. Maksimum yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də saat 20:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti