Bakı. Trend:
"Neftçi" Roman Qriqorçukla yollarını ayırıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uğursuz nəticələrdən sonra Qriqorçukla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında 9 turdan sonra cəmi 5 xal qazanıb, komanda heç bir oyunda qələbə qazana bilməyib.