Bakı. Trend:
48 ildən sonra ilk dəfə İngiltərə millisində “Mançester Yunayted”dən futbolçu olmayacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın futbolçusu Kobbi Maynunun milliyə dəvət olunduqdan sonra zədələnərək düşərgəni tərk etməsindən sonra dəqiqləşib.
Nəticədə 1976-cı ildən sonra ilk dəfə “Mançester Yunayted” oyunçularından heç kim yığmanın heyətində yer almayacaq. Buna səbəblərdən biri də klubun uğursuz çıxış etməsidir.
Qeyd edək ki, İngiltərə Millətlər Liqasında oktyabrın 10-da Yunanıstan, 3 gün sonra isə Finlandiya ilə qarşılaşacaq.