Bakı. Trend:
Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo, dünyaca məşhur futbolçu Kriştiano Ronaldonu komandaya dəvət etmək üçün şəxsən zəng etməsi ilə bağlı xəbərləri təkzib edib.
Trend-in məlumatına görə, bu barədə O Jogo nəşri xəbər yayıb.
Mourinyo bildirib ki, Ronaldonun xidmətlərinə ehtiyacı
yoxdur:
"O mənə lazım deyil. Hücumçularımdan razıyam. Ronaldo Səudiyyə
Ərəbistanında pul qazanır və 1000 qol vurmağı hədəfləyir. Onu
Türkiyəyə gəlməyə İstanbulun gözəlliyindən başqa nə vadar edə
bilərdi?" - deyə məşqçi qeyd edib.