Bakı. Trend:
İspaniya La Liqasının 23-cü turunda "Sevilya" öz meydanında "Barselona" ilə qarşılaşıb.
Trend xəbər verir ki, matç qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 7-ci dəqiqəsində Robert Levandovski "Barselona"nı hesabda irəli çıxarıb. Ev sahibi komanda Ruben Varqasın 8-ci dəqiqədə vurduğu qolla dərhal cavab verib – 1:1. İkinci hissənin əvvəlində, 46-cı dəqiqədə Fermin Lopes "Barselona"nın ikinci qolunu vurub. 55-ci dəqiqədə Rafinya fərqi artırıb. 60-cı dəqiqədə Fermin Lopes ikinci sarı vərəqə alaraq meydandan qovulub. Matçın son dəqiqələrində, 89-cu dəqiqədə Erik Qarsiya komandasının dördüncü qolunu vuraraq oyuna yekun vurub – 4:1.
Bu qələbədən sonra "Barselona" 48 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Sevilya" isə 28 xalla 13-cü yerdədir. La Liqanın lideri 50 xalla "Real Madrid"dir.