...

Azərbaycan idmançıları “WTT Youth Contender” turnirində uğurla çıxış edib

İdman Materials 15 Fevral 2025 19:35 (UTC +04:00)
Azərbaycan idmançıları “WTT Youth Contender” turnirində uğurla çıxış edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Nevşehir şəhərində keçirilən “WTT Youth Contender” turnirinə yekun vurulub.

Trend xəbər verir ki, yarışın son günündə Azərbaycan yığması daha bir medal qazanıb. U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə bürünc medala sahib olub. O, yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramana 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Onur Quluzadə turnirin U-17 kateqoriyasında da dördüncü yeri tutub. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə və Yağmur Məmmədli U-15 kateqoriyasında çempion adını qazanıblar.

Xəbər lenti

Xəbər lenti