...

“Qarabağ” rekordunu təkrarlayıb

İdman Materials 24 Fevral 2025 13:50 (UTC +04:00)
“Qarabağ” rekordunu təkrarlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə 60-cı qolu vurub.

Trend PFL-in saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası buna 24-cü turun “Sabah”la görüşündə (1:1) nail olub. 60-cı topa Abdullah Zubir imza atıb.

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/04, 2021/22 və 2023/24 mövsümlərində də “60”a 24-cü oyununda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.

Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/96 mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti