...

Boks üzrə Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək

İdman Materials 11 Aprel 2025 03:55 (UTC +04:00)
Boks üzrə Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək

Bakı. Trend:

Aprelin 11-də Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.

Boks Federasiyasından Trend-ə bildirilib ki, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan milli komandaları mübarizə aparacaqlar.

25 dəst medal uğrunda 200-dən artıq boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 15-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 45, qadınların mübarizəsində 11 boksçu ilə təmsil olunacaq.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.

Xəbər lenti

Xəbər lenti