...

Daha 3 kəndə qaz verildi

İqtisadiyyat Materials 2 Sentyabr 2016 15:31 (UTC +04:00)
Bu gün Göyçay və Samux rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib.
Daha 3 kəndə qaz verildi

Bakı. Trend:

Bu gün Göyçay və Samux rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 394 abonenti olan Qırmızı Samux qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 19 987 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Göyçay rayonunun ümumilikdə 401 abonenti olan Çərəcə və Yeniarx kəndlərinə yenidən təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə vurğulanıb ki, qazlaşdırma işləri zamanı 49 305 metrlik polietilen və metal borulardan istisfadə olunub, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti