Bakı. Trend:
Sentyabr 23-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “AzRe Təkrarsığorta” ASC-nin hər birinin nominal dəyəri 25000 manat olan 2000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1007008670 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Bu barədə Trend-ə Palatadan məlumat verilib.
Səhmlər Cəmiyyətin AZ1006008671 qeydiyyat nömrəsi və hər birinin nominal dəyəri 20000 manat olan 2000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.